İQTİSADİYYAT
“Akkord” korporasiyası istehsal potensialını gücləndirməkdə davam edir
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, korporasiya uzun illərdir digər fəaliyyət növləri ilə yanaşı, beton, mərmər, qranit, yığma dəmir-beton konstruksiyaların istehsalı üzrə ixtisaslaşır. Üç yeni şirkətin yaradılması da müvafiq sahələr üzrə rəqabətə davamlı məhsulların istehsalına, yeni bazarlara çıxış imkanlarının artırılmasına, müasir istehsalatın qurulmasına xidmət edəcək. Bu, eyni zamanda, “Akkord“ un inkişaf strategiyasında müəyyən edilmiş hədəflərə nail olmaq, korporasiyasının bazasında müasir dövrün tələblərinə və çağırışlarına cavab verən holdinq qurulması məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycanın qərb regionunun ən iri müəssisələrindən olan, “Akkord” korporasiyası tərəfindən Qazax rayonunda inşa edilmiş sement zavodu da 2013-cü ilin sonundan etibarən “Qazax Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərir.