İDMAN


Akrobatika gimnastlarımız Portuqaliyada 2 medal qazanıblar

Bakı, 16 may, AZƏRTAC

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz və Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz təmsil edib.

Turnirdə Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətlər proqramında bürünc medala sahib çıxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.