CƏMİYYƏT
Aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 29 noyabr, AZƏRTAC
Aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyatlar şöbəsinə “Mercedes Benz” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlərin olması barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbiri nəticəsində avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılıb. Baxış zamanı avtomobilin yük yerində olan sellofan torbaların içərisindən, üzərində aksiz markası olmayan 3000 ədəd “Parliament Aqua Blue”, 2000 ədəd “Parliament Super Slims”, 1000 ədəd “Parliament Carat”, 5600 ədəd “Marlboro Gold Edge”, 12 min ədəd “Kent Nanotek” markalı siqaretlər aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.