SİYASƏT


Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbiri keçirilib

Aktau, 31 dekabr, AZƏRTAC

Qazaxıstanın Aktauda şəhərində Azərbaycanın baş konsulluğu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, şəhərin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndiriləndən sonra Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətinin mətni oxunub.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq xaricdə yaşayan azərbaycanlılara Azərbaycan dövlətinin qayğısından söhbət açıb.

Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və cəmiyyətin sədri, Aktau şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışıblar.

Çıxışlardan sonra “Dostluq” milli-mədəni cəmiyyətinin “Qarabağ” qrupunun ifasında milli mahnılarımız səsləndirilib, azərbaycanlı tələbələr və Bazar günü məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunan şeirlər oxunub, rəqslər ifa edilib.

Sonda tədbir iştirakçılara milli təamlarımızdan olan plov və dolma təqdim edilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.