DÜNYA


Aktauda beynəlxalq logistika bazası yaradılacaq

Nur-Sultan, 23 oktyabr, AZƏRTAC

Bu ilin sonuna qədər Aktauda “Avrasiya istehsal və logistika bazası”nın inşasına başlanılması planlaşdırılır. Çinlə Xəzər regionu ölkələri arasında multimodal təchizat zənciri onu Lianyungang limanına bağlayacaq. Qazaxıstan limanında təkcə logistika xidmətləri göstərilməyəcək, həm də montaj və emal müəssisələri tikiləcək, sərhədlərarası ticarət həyata keçiriləcək.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, layihə Aktau və Lianyungang dəniz limanlarının üstünlüklərini birləşdirmək məqsədi daşıyır. Qazaxıstan ərazisindən keçən yük daşımaları qərbdən Xəzəryanı ölkələrə, Qafqaza, Yaxın Şərqə və Şərqi Avropaya, əks istiqamətdə Çinə və Asiya-Sakit Okean bölgəsinə gedəcək.

Hər iki limanda gömrük anbarlarının, istehsal və emal emalatxanalarının, eləcə də beynəlxalq dəmir yolu konteyner terminallarının inşası planlaşdırılır. Təsisçilərin fikrincə, bu, onun sabitliyini və kommersiya səmərəliliyini təmin edəcək. Gələcəkdə müəssisələr fəaliyyət dairəsini genişləndirmək istəyirlər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.