SİYASƏT


“Əl-Cəzirə” kanalı işğaldan azad edilmiş Füzuli şəhərindən süjet yayımlayıb VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 18-də xarici jurnalistlər işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Media nümayəndələri arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

AZƏRTAC xəbər verir ki, kanal Füzuli şəhərindən süjet yayımlayıb.

Süjetdə bildirilir ki, demək olar bütün Füzuli şəhəri dağıntılar içindədir. Azərbaycan hökuməti dəymiş ziyanı qiymətləndirmək üçün xarici ekspertləri dəvət edəcəyini və törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, bu dağıntılar Ermənistanın Füzuli şəhərini vandalizmə məruz qoymasının nəticəsidir. Füzuli işğaldan əvvəl Azərbaycanın ən gözəl şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma işlərinə başlayıb. Daha sonra biz Füzuliyə və işğaldan azad olunmuş digər ərazilərə məcburi köçkünləri qaytaracağıq. Beynəlxalq ictimaiyyət bununla da Ermənistanla Azərbaycan arasındakı fərqi görəcək. Hamı Ermənistanın dağıdıcı fəaliyyətinin və Azərbaycanın quruculuq işlərinin bir daha şahidi olacaq. Təbii ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşımalıdır. Biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik.

Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdə heç bir infrastrukturun qalmadığını, hətta bir binanın belə olmadığını bildirib. O, bütün bu ərazilərin ermənilər tərəfindən minalandığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.