SİYASƏT
Əlcəzair portalı VIII Qlobal Bakı Forumundan yazıb
Qahirə, 6 noyabr, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu haqqında material yayımlanıb.
AZƏRTAC-a istinadla yayımlanan “Bakı Qlobal Forumu: pandemiyadan sonrakı dünya” sərlövhəli yazıda bu mötəbər tədbirdə 40-dan çox ölkədən keçmiş dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, siyasətçilərin, politoloqların, ekspertlərin iştirak etdiyi qeyd olunub.
Yazıda forum çərçivəsində keçirilən panel iclasları barədə ətraflı məlumat verilib, ərzaq və qida təhlükəsizliyinin təşviqi, Cənubi Qafqazda regional inkişaf və əməkdaşlığın perspektivləri, gənclərin problemləri, iqlim dəyişiklikləri ilə mübarizə, yeni erada sülh, təhlükəsizlik və insan haqları və digər mövzular ətrafında müzakirələr aparıldığı diqqətə çatdırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə