DÜNYA


Əlcəzairdə turist avtobusunun qəzaya uğraması nəticəsində 18 nəfər ölüb

Bakı, 10 iyul, AZƏRTAC

Əlcəzairin şimal-şərqində turist avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 18 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə An-Nahar portalı milli jandarm idarəsinə istinadla məlumat yayıb. Portalın məlumatına görə, yol-nəqliyyat hadisəsi Cicel və Konstantin şəhərlərini birləşdirən yolda baş verib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.