İDMAN


Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib

Bakı, 22 fevral, AZƏRTAC

“Zenit” klubunun İdarə Heyətinin sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə qurumun növbədənkənar konfransında baş tutub. Dükov RFS prezidentliyinə seçkidə yeganə namizəd olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.

“Bu etimad üçün hamıya təşəkkür edirəm. Mənim üçün bu böyük şərəf və məsuliyyətdir. Öhdəmizdə çətin tapşırıqlar var, eyni zamanda, onları həll etmək daha maraqlı olacaq. Biz komanda şəkilində əminəm ki, hər bir məsələni həll edəcəyik”, – deyə Dükov bildirib.

Aleksandr Dükov RFS-in səkkizinci başçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.