İQTİSADİYYAT
Aleksandr Dümanın Qafqaza səyahəti ilə bağlı marşrut layihəsi yekunlaşmaq üzrədir
Bakı, 7 aprel, AZƏRTAC
Dağıstanla Azərbaycan arasında turizm sahəsində bir neçə müştərək layihənin reallaşdırılmasına start verilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisində iştirak edən Dağıstan Respublikası Turizm və Milli Bədii Sənətlər Nazirliyinin idarə rəisi Müslimat Halimbekova söyləyib.
“AITF 2017” sərgisində iştirak Dağıstanın regional turizm məhsulunun təbliğinə imkan verir və stendimizdə ziyarətçiləri maraqlı təkliflər gözləyir. Həmin layihələr Böyük İpək Yolu çərçivəsində turizm marşrutları ilə bağlıdır. Bundan başqa, biz Aleksandr Dümanın Qafqaza səyahəti ilə bağlı marşrut layihəsini yekunlaşdırmaq üzrəyik. Biz kruiz-yaxta turizmi və dəmiryol turizm marşrutları üzrə təkliflər hazırlamışıq”, – deyə Müslimat Halimbekova bildirib.