İDMAN


Aleksandr Popov: Bakı şəhər halqası özünəməxsusluğu ilə seçilir

Bakı, 29 aprel, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının təqvimində üç şəhər trası yer alıb ki, onların arasında Bakı şəhər halqası özünəməxsusluğu ilə seçilir. Həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycan Formula 1 Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində məşhur Formula 1 şərhçisi Aleksandr Popov deyib.

Ölkəmizə dördüncü dəfə səfər etdiyini bildirən rusiyalı qonaq Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən ötən ilin sonunda yerli jurnalistlər üçün seminara dəvət olunduğunu vurğulayaraq deyib: “Azərbaycan Qran-Prisinə kifayət qədər rusiyalı azarkeş gəlib. Digər ölkələrdə olduğu kimi, Rusiyada da Azərbaycan Qran-Prisi çox məşhurdur. Şəxsən mənim üçün Bakı mərhələsi, Soçidəki yarış qədər doğmadır. Ötənilki Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə yadda qaldı. Ümid edirəm ki, builki yarış da həyəcanı ilə xatirələrdə qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.