Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Bakıda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, müqaviləni Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov imzalayıblar. İqtisadiyyat Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Birləşmiş Ərəb Əmirliklərinin "DP World Group"una daxil olan "Economic Zones World FZE" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətlər qrupu xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də iqtisadi zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti ilə bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məsləhət xidməti göstərəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkənin tranzit potensialının reallaşmasına yönəlmiş strategiyanın istiqamətləri, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin nəinki iştirakçı ölkələrin, ümumilikdə bütün regionun inkişafına müsbət töhfə verəcəyini vurğulayıb. Qeyd olunub ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də işlər davam etdirilir. Artıq Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub və hazırda Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xətti layihəsinin reallaşdırılması istiqamətində tərəflər arasında danışıqlar aparılır.

Bildirilib ki, yeni Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə Azərbaycan tərəfindən böyük həcimdə investisiya yönəldilib. Artıq yeni Bakı Limanının tikintisinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Hazırda limanda 2 yanalma körpüsü fəaliyyət göstərir və daha iki yanalma körpüsü 2016-cı ilin sonuna qədər istifadəyə veriləcək. Ümumilikdə isə yeni Bakı Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur. Yeni Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində müasir tələblərə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyası yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından daha səmərəli istifadəyə imkan yaradacaq. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli Sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından xüsusilə önəmlidir.

Nazir Şahin Mustafayev iqtisadi zonanın təşkili üçün ciddi araşdırmaların aparıldığını, beynəlxalq səviyyədə geniş təcrübəyə malik olan tanınmış şirkətlərin fəaliyyətinin nəzərdən keçirildiyini qeyd edib. "DP World Group" dünyanın ən böyük konteyner terminallarının operatorlarından olmaqla ilk 10 operator sırasındadır və böyük təcrübəyə malikdir. Şirkətin 40-dan çox ölkədə 77 terminalı var. Bu gün imzalanan müqavilə çərçivəsində xüsusi iqtisadi zonalara dair qanunvericilik təkmilləşdiriləcək, Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Plan hazırlanacaq. Bu işlərin 2017-ci ilin yanvarında yekunlaşdırılması nəzərdə tutulur. Məsləhətçi qismində BƏƏ şirkətinin seçilməsi həm də ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması ilə bağlıdır.

"DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim təmsil etdiyi şirkətlər qrupunun fəaliyyəti barədə məlumat verib, şirkətlər qrupunun dünyada 77 dəniz və torpaqüstü terminallara sahib olduğunu bildirib. Şirkətin müxtəlif ölkələrdəki təcrübəsindən danışan Sultan Əhməd bin Sulaim "DP World" şirkətlər qrupunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və ötən müddətdə ölkə çox dəyişib, sürətlə inkişaf edərək gözəl ölkəyə çevrilib. Ələt Azad Ticarət Zonasının və logistika mərkəzinin yaradılması üçün Azərbaycan inkişaf etmiş infrastruktura malikdir, bu sahəyə qoyulan investisiyalar ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına imkan verir. Bütün bunlar isə layihənin uğurla yerinə yetirilməsində vacib amillərdir. Sultan Əhməd bin Sulaim Azərbaycanın tranzit potensialını və "DP World Group"un təcrübəsini birləşdirməklə Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevriləcəyinə əminliyini vurğulayıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov isə limanın fəaliyyəti barədə danışıb. T.Ziyadov Yaxın Şərqin ən böyük azad ticarət zonasını – JAFZA-nı idarə edən "DP World Group"un bu layihədə məsləhətçi kimi iştirakının Bakı Limanının mühüm logistika və ticarət mərkəzi kimi formalaşmasına töhfə verəcəyini qeyd edib.

Sonra "DP World Group"un və Birləşmiş Ərəb Əmirliklərinin Jəbəl Əli Sərbəst Zonasının fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar