SİYASƏT


Əli Əkbər Vilayəti: Torpaqlarını işğaldan azad edən Azərbaycan xalqını təbrik edirik

Tehran, 17 noyabr, AZƏRTAC

Zəbt olunan şəhərlər azad edilməli idi və Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti beynəlxalq videoseminarda səsləndirib.

O qeyd edib ki, İran ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə və dinə malikdirlər. Bu səbəbdən regionda qan tökülməsini İran istəmir. Rəsmi Tehran bundan sonra ədalətli bir sülhün yaradılacağına ümid edir.

Ə.Ə.Vilayəti nəzərə çatdırıb ki, radikal dini qruplaşmaların Azərbaycan tərəfində döyüşmələri haqqında gəzən söz-söhbətlərin heç bir əsası yoxdur. Çünki Azərbaycanın kifayət qədər hərbi və iqtisadi gücü var.

Ali Rəhbərin müşaviri onu da qeyd edib ki, İran region dövlətlərinin sərhədlərinin dəyişdirilməsinin əleyhinədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.