Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Əli Cabbarov: Naxçıvanda landşaft turizminin inkişafı üçün geniş imkanlar var

Naxçıvan, 10 iyul, Rauf Kəngərli, AZƏRTAC

Dünyanın görməli yerləri ilə tanışlıq məqsədilə səyahətə çıxıb dünyagörüşünü artırmaq turistlərin ən geniş tələbatlarındandır. Şübhəsiz, Yer üzünün təbii gözəllikləri insanın mənəvi dünyasını zənginləşdirən ən əsas sərvətlərdir. Belə sərvətləri isə Uca Yaradan doğma torpağımızdan da əsirgəməyib. Naxçıvanın sahib olduğu nadir landşaft müxtəlifliyi buraya səyahət edən hər bir turistdə unudulmaz təəssürat yaradır.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, Rusiya Federasiyasının Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov deyib.

O qeyd edib ki, uzaq ölkələrdən Naxçıvana səyahət edənlər üçün Nuh Peyğəmbərin ayaq basdığı bu qədim Azərbaycan torpağı ilə tanışlıq hələ hava gəmisi yerə enmədən başlayır. Haçadağ istiqamətindən başlayaraq yerə enmək üçün gedərək yüksəkliyi azaldan təyyarənin pəncərələrindən Ağrı dağının əlçatmaz zirvəsi fonunda hörük kimi qıvrılaraq Naxçıvanla qucaqlaşan xan Arazın, qarşıda məğrur döyüşçülərin sırası kimi nizami Zəngəzur dağlarının və bu ulu yurdun simvolu Haçadağın panoramı bir andaca insanı özünə bağlayır. Naxçıvanla bir neçə dəqiqə çəkən belə quşbaxışı tanışlıqdan sonra Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan turistləri heç bir yerdə görə bilməyəcəkləri gözəl mənzərələr gözləyir.

“Tanışlıq baxımından dünyanın hər bir guşəsinin öz cazibəsi var. Turizmin gücü də elə bundadır. Naxçıvan dünyanın ucsuz-bucaqsız yerləri ilə müqayisədə çox da geniş bir əraziyə sahib olmasa da, buradakı təkrarolunmazlıqlar və onların kompaktlığı baxımından bəlkə də planetin ən gözəl yerlərindən biridir. Bunu Naxçıvana səyahət edən turistlərin maraq dolu baxışları və bitib-tükənməyən sualları deməyə əsas verir”, - deyən Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü qeyd edib ki, əgər tarixlə müasirliyin bir məkanda qovuşduğu şəhəri və yalçın qayaların yamyaşıl yamaclarla növbələşdiyi dağları doyunca seyr etmək istəyən varsa, Naxçıvana səyahət etmək lazımdır. Sədərəkdən Ordubada, Batabatdan Haçadağadək geniş ərazidəki qeyri-adi gözəlliklər onları gözləyir.

Bir-biri ilə növbələşən dağların və dağətəyi təpələrin ecazkar mənzərəsi Naxçıvandadır

İlk olaraq Naxçıvana gələn qonaqlar Ordubadı görmək istəsələr, bu həm də qədim mədəniyyət və mətbəx nümunələri ilə zəngin bölgənin ərazisi ilə də tanışlıq baxımından əla fürsətdir. Hər dəfə səhər erkəndən Naxçıvandan Ordubada qədər səyahətə çıxan turistlər əvvəlcə Zəngəzur dağlarından, sonra isə Haçadağdan möhtəşəm gündoğumu mənzərəsinin heyranı olurlar. Səyahət avtomobili yolboyu irəlilədikcə, şübhəsiz, ən görkəmli mənzərə Haçadağa yaxınlaşdıqca açılır. Əgər turistlərimiz üçün Əlincə marşrutu da nəzərdə tutulubsa, onda daha cazibədar landşaft gözəllikləri ilə orada – Əlincənin zirvəsində tanış ola biləcəyini elan etmək mümkündür. Hələlik isə Darıdağ massivinə yaxınlaşdıqca uzaqlarda bir-biri ilə növbələşən dağların və dağətəyi təpələrin sanki bir ansambl kimi ahəngdar şəkildə sıralanmasını seyr edib, turistlərlə çox sayda foto və videotəsvirləri çəkmək olar.

Əli Cabbarov deyib: “Burada bir məqam diqqətləri xüsusilə cəlb edir. Belə ki, Yaycı kəndindən başlayaraq Ordubad yolu boyunca uzanan qeyri-adi dağ mənzərələri muxtar respublikaya səyahət edən bir sıra tanınmış turistlərin də diqqətindən yayınmır. Ətrafdakı şişqayalı dağların səssiz simfoniyasını sanki hansısa dahi bəstəkarın ən yaxşı musiqi əsərinə bənzədənlər də olub. Konkret olaraq, bu fikirlər bir neçə il əvvəl muxtar respublikamıza səyahət etmiş dünya şöhrətli rəssamımız Tahir Salahovun dilindən də deyilmişdi.

Ordubada daxil olarkən turistlərin marağını cəlb edən ilk gözəllik Bəlkə dağının və Bərəkə qayasının panoramıdır. Belə sərt qayalıqlara və yaxud panoramlı mənzərələrə planetin digər yerlərində rast gəlmək mümkündür. Ancaq min illərlə yaşı ölçülən Ordubad kimi qədim bir şəhərin cəmi yarım kilometrliyində yüksələn belə landşaft mənzərələrinə isə çətin ki, başqa yerlərdə rast gəlinə. Həm də Ordubad şəhərinin yerləşdiyi ərazinin quruluşu elədir ki, burada istənilən nöqtədən hansısa bir mənzərəni seyr etmək mümkündür. Tarixi binalar, muzeylər, məşhur insanların adı ilə bağlı yerlər, nəhəng Ordubad çinarları, qədim meydanlar bu diyarın görməli yerləridir. Bütün bunlar şəhərlə tanışlıq üçün geniş mövzu verən turizm ehtiyatlarımızdır. Belə mənzərələrin seyrinə doymayan turistlərimizi həm də Ordubad limonu ilə qoz mürəbbəsinin olduğu çay süfrəsinə dəvət etmək mümkündür”.

Naxçıvan-Batabat turizm marşrutu landşaft gözəllikləri ilə zəngindir

Naxçıvan-Batabat turizm marşrutunun da landşaft gözəllikləri baxımından turistlərə unudulmaz təəssüratlar vəd etdiyini deyən “Naxçıvan” Universitetinin dosenti bildirib ki, Şahbuz dağlarının uzaqdan görünən cazibəsi hələ bu istiqamətə yenicə yola çıxmış turistlər üçün ilk maraq obyektidir. Heydər Əliyev Su Anbarı bəndinə çatdığımızda bir anda az qala bütün Şahbuz rayonunun panoramı ilə Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı çox sayda təbiət abidələri, dağ çayları, təbii və süni göllər, sıldırımlı qaya aşırımları və nəhəng dərələrin seyrinə saatlarla dalmaq mümkündür. Qeyd etmək lazımdır ki, bu ərazilər həm də yürüş və ekstremal idman növləri ilə məşğul olanlar üçün də fəal istirahətin ən yaxşı yeridir. Təcrübə göstərir ki, belə ərazilərə, xüsusən Avropa, Rusiya və Yaxın Şərq ölkələrindən gələn turistlər çox maraq göstərirlər. Batabat yaylağının, buradakı meşə massivinin təbii quruluşu isə ilin istənilən fəslində səyahət edən turistlər üçün zəngin rekreasiya vəd edir.

Qədim və möhtəşəm Əlincə

Naxçıvana səyahət etmiş turistləri landşaft gözəllikləri ilə heyrətləndirən ən gözəl mənzərələrdən biri, heç şübhəsiz, Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahət edərkən Əlincəçay vadisinə yetişdikdə gözlərimiz önündə açılan nəhəng görüntüdür. Bu astronomik mənzərəni görən istər yerli, istərsə də xarici turistlər olsun, kiminsə heç olmasa, bir neçə dəqiqə dayanıb seyrə dalmadığına və yaxud bir neçə fotoşəkil çəkdirmədən buradan uzaqlaşdığına inanmaq mümkün deyil. Xüsusən ilin yaz, payız fəsillərində, havanın şəffaf olduğu vaxtlarda buradan keçən təbii gözəllik həvəskarı turistlər üçün nadir mənzərələr var. Daha irəlidə, Əlincəqalanın zirvəsindən və Haçadağın ətəyindən Naxçıvanın təbii və insan əli gözəllikləri ilə tanış olan turistlər buraya səyahəti seçməkdə yanılmadıqlarına bir daha inanıb, elə bu zirvələrdəcə çəkdikləri fotoları öz dostları ilə paylaşırlar.

Əli Cabbarov vurğulayıb ki, gözəl Naxçıvanın heyrətamiz landşaft mənzərələri çoxdur. Onların qarşısında mat qalan turistlərlə də çox rastlaşmışıq. Amma əgər bir axşamçağı Naxçıvana gəlmiş turistlərimizə Gəmiqayanın zirvəsindən Ağrı dağına doğru günbatımı mənzərəsini seyr etsələr, bu, bəlkə də, onların indiyə qədər görə bildiyi ən gözəl landşaft mənzərəsi olacaq. Bu imkan isə yalnız Naxçıvandadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY