Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: “Prezident İlham Əliyevin İrana səfəri münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu”

Əli Həsənov: “Prezident İlham Əliyevin İrana səfəri münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu”

Bakı, 10 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri ilə bağlı aprelin 10-da APA İnformasiya Agentliyinə müsahibə vermişdir. AZƏRTAC müsahibəni təqdim edir.

- Əli müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı hansı məsələlər müzakirə mövzusu oldu?

- Bilirsiniz ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına artıq üçüncü rəsmi səfəridir. Azərbaycan və İranın dövlət başçıları bu ilin yanvarında Davos İqtisadi Forumu zamanı görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmişdilər. Aprelin 9-da Prezident İlham Əliyevin İrana rəsmi səfəri kifayət qədər yüksək səviyyədə keçdi, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə oldu və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidenti səfər çərçivəsində İran Prezidenti cənab Həsən Ruhani, İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei və digər rəsmi şəxslərlə görüşdü. Bu görüşlərdə İran-Azərbaycan münasibətlərinin faktiki olaraq bütün aspektləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə danışıqları zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, mövcud potensialın daha da inkişafı ilə bağlı real imkanlar ətrafında fikir mübadiləsi aparıldı. Xüsusilə, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat, fövqəladə hallar, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət, gənclər-idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Dövlət başçılarının təkbətək görüşündən sonra İran ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə sənədlərin imzalanması mərasimi keçirildi. Tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalandı. Şübhəsiz, imzalanmış sənədlər ölkələrimiz arasında bugünkü mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verəcək.

Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı müşahidə olunan ruh yüksəkliyi, səmimi şəraitdə keçən qarşılıqlı anlaşma dövlət başçımızın İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei ilə görüşü zamanı da davam etdi. Cənab Xamenei Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamaqla yanaşı, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Qeyd edim ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın bu prinsipial mövqeyi mətbuat üçün səsləndirdiyi bəyanatında İran Prezidenti Həsən Ruhani tərəfindən də xüsusi vurğulandı. İranın dövlət başçısı qeyd etdi ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalıdır, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir.

- İran ilə Azərbaycan arasında münasibətlərdə bəzi narahatedici məsələlərin olduğu barədə mediada zaman-zaman məlumatlar verilirdi. Bu məsələlər ətrafında da müzakirələr aparıldımı?

- Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İran ilə Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur. Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İran ilə Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Dövlət başçılarının görüşləri zamanı bu məsələlərə də toxunuldu və ümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır.

Görüşdə o da qeyd olundu ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır. Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də dövlət başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud mənfi halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

- Səfərin ümumi nəticələrini necə qiymətləndirirsiniz? Fikrinizcə, Azərbaycan Prezidentinin səfəri İran-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?

- Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İran ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcəkdir. Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regionda və dünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur. Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcəkdir. İran Prezidenti Həsən Ruhani də xüsusi olaraq vurğuladı ki, ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!