ELM VƏ TƏHSİL
Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt müəyyənləşib VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.
Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiqləyən və orada yazda keçiriləcək imtahanı vermək arzusunda olduğunu bildirən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə beş gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanın keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.