ELM VƏ TƏHSİL


Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olmaq üçün 10 min 416 abituriyent ixtisas seçimi edib

Bakı, 8 sentyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin ixtisas seçimi sentyabrın 10-dək aparılacaq. Bu gün saat 13:20-dək olan məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 10 min 416 abituriyent ixtisas seçimi edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.