ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların nəzərinə

Bakı, 12 iyul, AZƏRTAC

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada müvafiq ali məktəbdə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat iyulun 13-dən 22 dək davam edəcək.

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2021-ci il iyul ayının 12-dən 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.