REGİONLAR


Əlilliyi olan şəxslərə diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur

Ağcabədi, 2 dekabr, AZƏRTAC

Əlilliyi olan şəxslərə, xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədidə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir çərçivəsində “Valideynlərin və cəmiyyətin əlilliyi olan şəxslərə adaptasiyası ilə bağlı problemlər və həlli yolları” mövzusunda dəyirmi masa təşkil edilib.

Çıxış edənlər dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramlarından, reabilitasiya xidmətlərindən danışıblar. Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarından söz açılıb. Bu kateqoriyadan olan şəxslərlə ünsiyyət zamanı onların da bizim kimi insan olmasına önəm verilməsinin vacibliyi vurğulanıb.

Dəyirmi masa interaktiv müzakirələrlə davam edib.

Tədbirdə, həmçinin əlilliyi olan uşaqların valideynlərinin iştirakı ilə təlim təşkil edilib.

Eyni zamanda, GTM Qarabağ ofisinin könüllüləri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar oyunlar, praktiki məşğələlər keçirilib. Uşaqlar əylənərək öyrəniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.