ELM VƏ TƏHSİL
Alimlər Neftçalada pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı seminar təşkil ediblər
Bakı, 6 iyun, AZƏRTAC
Ölkəmizdə pambıqçılığın inkişafı, yerli üzvi-mineral xammal ehtiyatlarından səmərəli istifadə etməklə torpaqların münbitliyinin bərpası məqsədilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Neftçala rayonunda ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər fermerlərin iştirakı ilə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı seminar keçiriblər. Seminarda yüksək məhsuldarlığın əldə olunması, torpaqların münbitliyinin qorunub saxlanılmasının vacibliyi, bu məqsədlərə çatmağın yolları kimi məsələlər müzakirə edilib.
Rayonun fermer təsərrüfatlarının birində pambıq, taxıl və çuğundur sahələrində “Biomaks” bioloji preparatının istifadəsi təcrübədən keçirilib və bakterial orqanizmlərin sonrakı inkişafı üçün ilkin şərait yaradılıb.
Çöl tədqiqatlarının fotoşəkilləri çəkilib.