DÜNYA


Alina Sanko “Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib

Moskva, 14 aprel, AZƏRTAC

Alina Sanko “Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib.

AZƏRTAC xəbər verir ki, Rostov vilayətinin sakini, 20 yaşlı Alina Sanko Rusiya gözəli seçilib. Müsabiqənin finalı aprelin 13-də Moskva vilayətindəki “Barvixa Luxury Village” konsert zalında keçirilib.

Müsabiqədə birinci vitse-miss titulunu Yekaterinburqdan olan Arina Verina, ikinci vitse-miss adını isə Tatarıstan sakini Ralina Arabova qazanıblar.

İstedadlar, milli geyimlər, “Nə? Harada? Nə vaxt?” yarışlarından ibarət müsabiqə Rusiya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Qalibə ağ qızıldan hazırlanmış tac və 3 milyon rubl məbləğində mükafat təqdim olunub. Final mərhələsinin qalibləri Rusiyanı “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində təmsil etmək hüququ qazanırlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.