Əlişir Usmanov Özbəkistana 500 min doza vaksin hədiyyə edəcək
AzerTAg.az
Daşkənd, 19 fevral, АZƏRTAC
Özbək mənşəli rusiyalı milyarderi Əlişir Usmanov öz hesabına Özbəkistana 500 min doza “Sputnik V" Rusiya vaksinini hədiyyə edəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Namanqan vilayəti Xalq Deputatları Şurasının iclasında bildirib.
Dövlət başçısı deyib ki, Özbəkistan Rusiyadan 1 milyon doza vaksin sifariş edib. Bunun da 500 mini Əlişir Usmanovun hədiyyəsi olacaq. O deyib ki, bu ilin sonunadək əhalinin 20 faizinin peyvənd olunması nəzərdə tutulur.
Özbəkistan Rusiyanın “Sputnik V" vaksinindən başqa həmmüəllifi olduğu Çinin “ZF 2001” vaksini, həmçinin “Pfizer-BioNTech” (Amerika Birləşmiş Ştatları-Almaniya) və COVAX proqramı çərçivəsində “AstraZeneca” (İngiltərə-İsveçrə) vaksinini alacaq.
Xatırladırıq ki, əhalinin kütləvi vaksinasiyası mart ayının əvvəlində başlayacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var