DÜNYA


Almaniya bundestaqına seçkilər: Ekzitpolun ilk məlumatları açıqlanıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.

AZƏRTAC xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpolun məlumatlarına görə, Almaniya Mühafizəkarlar Partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.

Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.