MƏDƏNİYYƏT
Almaniya təmsilçiləri: Bakıya gəlməyi səbirsizliklə gözləyirik VİDEO
Kopenhagen, 9 may (AZƏRTAC). Bakı çox gözəl şəhərdir. İki il əvvəl ölkənizin ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsini xarici telekanallar vasitəsilə izlədik. Şəhərinizin gözəlliyi bizi valeh etdi. Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qrupumuzla birgə Bakıda konsert vermək istərdik.
Bu sözləri Almaniyanın “Eurovision” mahnı müsabiqəsində təmsilçisi, builki yarışmanın əsas favoritlərindən olan “Elaiza” qrupu AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Azərbaycanın bu müsabiqəyə ev sahibliyi etməsinin onları çox sevindirdiyini söyləyən qrupun üzvləri musiqinin dünyanı dəyişə biləcəyinə inandığını söyləmişlər. Qrupun üzvləri şou göstərməkdən, gözəl performans nümayiş etdirməkdən zövq aldıqlarını və hər kəsin də könlünü oxşamaq istəyində olduqlarını vurğulamışlar.
Mayın 10-da keçiriləcək final mərhələsində çıxış edəcək ifaçılar yarışmada uğur qazanacaqlarına və gələn bu müsabiqənin Almaniyada keçiriləcəyinə inanırlar: “Belə bir çətin seçim turundan sonra “Eurovision-2014” mahnı müsabiqəsində ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bu, səhnədə olmaq möhtəşəm bir hissdir. Azərbaycan təmsilçisi Dilarə Kazımovaya da uğurlar diləyirik. Ölkənizin təmsilçisi Dilarə Kazımovanın ifasını dinlədik. Düşünürük ki, onun performansı və ifaçılıq məharəti çox güclüdür. Təmsilçinizin də müsabiqədə layiqli yerə sahib olacağına inanırıq”.
Repertuarında pop, rok janrında musiqilərə üstünlük verən qrup “Germany Idol” müsabiqəsində uğurlu nəticə göstərmişdir.
“Elaiza” qrupu “B and V” Arenada “İs it Right” (“Bu doğrudurmu?”) mahnısı ilə çıxış edəcəkdir. Qrupun üzvü Elzbieta Steinmets bu mahnını məşhur Frank Kretçmer və Adam Kesselhaut ilə birlikdə yazmışdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen