DÜNYA


Almaniyada “3G” tezlik spektrindən yeni məqsədlər üçün istifadə olunacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Almaniyanın mobil rabitə operatorları tərəfindən “3G” şəbəkələrində xidmətlərin göstərilməsinin nə vaxt dayandırılacağı müəyyənləşib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Deutsche Telekom” şirkəti “3G” şəbəkəsini 2021-ci il iyunun 30-da söndürdükdən sonra “4G” və “5G” baza stansiyalarının sayının artırılmasını davam etdirməyi planlaşdırır. “Telefonica Deutschland” və “Vodafone Germany” operatorları “3G” şəbəkələrini 2022-ci ildə söndürmək niyyətindədirlər.

“Deutsche Telekom”un nümayəndələrinin sözlərinə görə, şirkət “3G” əhatə dairəsində boşluğu aradan qaldırmaq məqsədilə “4G” şəbəkələrindən istifadə edəcək. Lakin uyğunluq təşkil edən avadanlığa malik olmayan müştərilər “2G” şəbəkəsinə keçməli olacaqlar. Həmçinin qeyd olunur ki, bütün paketlərə “4G” şəbəkəsinə çıxış daxildir. Bu isə o deməkdir ki, abunəçilər yeni paketlərə görə əlavə ödənişlər etməyəcəklər.

Şirkətin direktorlar şurasının üzvü və baş direktor Dirk Vossner bildirib ki, operator tərəfindən Almaniyada “5G” şəbəkələri aktiv inkişaf etdirilir.

“Növbəti yayda “3G” şəbəkəsinin söndürülməsi bizə şəbəkəni yaxşılaşdırmağa imkan verəcək. Biz ən müasir texnologiyaların istifadə etməyə başladığı “3G” tezlik spektrindən yararlanırıq. Biz “LTE” şəbəkəsini bütün istifadəçilərə təklif etmək istəyirik və Almaniyada ən böyük “5G” şəbəkəsini qururuq”, – deyə baş direktor vurğulayıb.

“3G” şəbəkələrinin söndürülməsi qlobal miqyasda davam edir. “3G” xidmətlərinin göstərilməsinin dayandırılması Hindistan, İspaniya, ABŞ və digər regionlar tərəfindən rəsmən bəyan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.