DÜNYA


Almaniyada ekstremistlər saxlanılıb

Berlin, 2 oktyabr, AZƏRTAC

Almaniyada sağ təmayüllü “Xemnits inqilabı” adlı terror təşkilatı yaratmaqda şübhəli bilinən altı kişi saxlanılıb.

AZƏRTAC Almaniya baş prokurorluğunun Karlsruyedəki nümayəndəsinə istinadla xəbər verir ki, 20-30 yaşlarında altı Almaniyanın vətəndaşından söhbət gedir. Saksoniyada həbslərlə yanaşı, bir neçə mənzildə və başqa yerləşgələrdə axtarışlar aparılıb. Hələ sentyabrın 14-də eyni şübhəyə görə saxlanılmış 31 yaşlı Kristian o vaxtdan həbsdədir.

Prokurorluğun versiyasına görə, bu qrupun yeddi iştirakçısının hər biri əcnəbilərə və siyasi opponentlərə hücum etməyi planlaşdırırmış. Onlar, həmçinin odlu silah əldə etməyə çalışıblar. Prokurorluq hesab edir ki, onlar Xemnitsdə fəaliyyət göstərən ekstremist “dələduzlar, skinhedlər və neonasistlərdir” və bu qrup sentyabrın 11-dən gec olmayaraq formalaşıb.

Prokurorluğun məlumatına görə, saxlananlardan beş nəfəri sentyabrın 14-də Xemnitsdəki parkda bir neçə əcnəbiyə şüşə butulkalar və elektroşokeroml hücum ediblər. Nəticədə bir nəfər iraqlı başından zədə alıb.

Prokurorluq hesab edir ki, qrupun iştirakçıları əsas hücumu oktyabrın 3-də - Almaniyanın yenidən birləşdirilməsi günündə həyata keçirməyi planlaşdırırdılar, sentyabrın 14-də baş verən hadisələr isə həmin hücumdan əvvəl “məşq” olub.

Saxlanılmış ekstremistlərin bu il avqust ayında Xemnitsdə törədilmiş qarışıqlıqlarda iştirak edib-etmədiyi dəqiqləşdirilmir, amma “Spiegel” nəşrinin yazdığına görə, bu tamamilə mümkündür.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.