MƏDƏNİYYƏT


Almaniyanın “Cyminology” qrupu Bakı Caz Festivalında çıxış edəcək

Bakı, 17 avqust, AZƏRTAC

Almaniyanın “Cyminology” qrupu Bakı Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda klubunda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Rotunda klubunda, həmçinin alman caz qrupunun iştirakı ilə seminar təşkil olunacaq. Həmin gün festival iştirakçıları və qonaqlar rejissor Don Çidlin “Truba çalanı öldürməli” filminə baxa bilərlər. Filmdə görkəmli truba çalan Mayls Dyui Deyvisin taleyindən bəhs edilir. Amerikalı caz truba çalanı XX əsr musiqisinin inkişafına böyük təsir göstərib. Cazda bir çox üslub və istiqamətlər, o cümlədən modal caz, kul-caz və fyujn Deyvisin adı ilə bağlıdır.

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində isə keçənilki Beynəlxalq Caz Müsabiqəsinin qaliblərinin konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.