DÜNYA


Almaniyanın İrandakı səfirinə etiraz notası təqdim olunub

Tehran, 15 sentyabr, AZƏRTAC

Almaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, xarici dövlətlərə casusluqda ittiham edilən adamların məhkəmə qərarı ilə edam edilməsinə səfir özünün “Twitter” hesabında münasibət bildirib. Qeyd olunub ki, guya İranda insan hüquqları pozulur və cəzalar siyasi xarakter daşıyır.

Səfirin nəzərinə çatdırılıb ki, hər bir diplomat işlədiyi ölkənin qanunlarına hörmətlə yanaşmalı və diplomatik etikadan kənar hərəkətlərə yol verməməlidir. İranın məhkəmə və hüquq sisteminin işinə qarışmaq həm beynəlxalq qanunlara, həm də diplomatik qaydalara ziddir.

Nəzərə çatdırılıb ki, İran səfirin sosial şəbəkədəki yazısını daxili işlərə qarışmaq kimi qiymətləndirir və bu kimi addımların təkrarlanmayacağına ümid edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.