SİYASƏT
Almaniyanın “Wochenblatt” nəşrində Ermənistanın müharibə cinayəti barədə material dərc edilib
Berlin, 12 oktyabr, AZƏRTAC
Almaniyanın “Wochenblatt” nəşri daha əvvəl atəşkəs rejimi əldə olunmasına baxmayaraq, gecə saatlarında Gəncə şəhərinin atəşə tutulması barədə yazır (bax: https://www.wochenblatt.de/news-stream/deutschland-welt/artikel/340559/sieben-tote-nach-bombenangriff-auf-wohngebiet-in-aserbaidschan).
AZƏRTAC xəbər verir ki, məqalədə Gəncə şəhərinin dinc sakinlərinin həlak olmasından danışılır. Nəşr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış ərazilərinə bazar günü erməni hərbçilərinin endirdiyi zərbələr nəticəsində uşaqların, qadınların həlak olması, 30-dan artıq insanın yaralanması barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsindəki məlumatını yayıb.
Nəşrdə qeyd olunur ki, 1991-ci ildə birtərəfli qaydada özünün “müstəqilliyini” elan edən Dağlıq Qarabağın ərazisi beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin