REGİONLAR


“Alovlu Qafqaz” festivalı Qubada möhtəşəm konsert proqramı ilə yadda qaldı VİDEO

Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

“Alovlu Qafqaz” II Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq Festivalı çərçivəsində növbəti konsert Qubada təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında Gürcüstanın, Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlər çıxış ediblər.

Konsertdən əvvəl festival iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. Qonaqlara rayon haqqında, burada yaşayan yerli əhali, adət-ənənələr, son illər həyata keçirilən abadlıq işləri barədə ətraflı məlumat verilib. Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı barədə məlumatlandırılıblar.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən festival çərçivəsində konsert proqramı Quba şəhərindəki “Yaşıl teatr”da təqdim olunub. Konsertə gələnlər əvvəlcə istedadlı uşaq və gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar. Festivalın fəallarına diplom və hədiyyələr təqdim olunub. Konsert proqramında Bakı, Sumqayıt, Quba, Qusar, Goranboy uşaq gənclər inkişaf mərkəzlərini, eləcə də Gürcüstan və Şimali Osetiya–Alaniya Respublikasını təmsil edən rəqs və yaradıcılıq kollektivləri bir-birindən maraqlı çıxışlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.