İDMAN


Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turnirinə start verilib

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyası və Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən ümumilikdə 19 komandanın tərkibində 241 idmançı mübarizə aparır.

Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər Alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz, qurşaq sistemləri üzrə qüvvələrini sınayırlar.

Qaliblər Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunacaqlar.

Yarışın rəsmi açılış mərasimi bu gün saat 14:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.