İQTİSADİYYAT


Altı ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7,4 faiz artıb

Bakı, 28 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 4189,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3132,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 74,8 faizidir.

Cari ilin altı ayında hər bir ölkə sakini orta hesabla 416,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.