MƏDƏNİYYƏT


Altı yaşlı azərbaycanlı “Rossiya 1” telekanalının tamaşaçılarını heyrətləndirib VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

“Rossiya 1” telekanalında yayımlanan “İnanılmaz insanlar” layihəsi birinci mövsümdə qazandığı uğurdan sonra beynəlxalq səviyyəyə yüksəlib. Əgər ilk mövsümdə layihə Rusiya və MDB məkanından olan iştirakçıları əhatə edibsə, bundan sonra dünyanın müxtəlif ölkələrindən hər yaş kateqoriyasından nadir bacarığa malik insanlar bu proqrama qatılacaq.

AZƏRTAC xəbər verir ki, layihənin qəhrəmanlarından biri Azərbaycanın Qusar şəhərindən olan altı yaşlı Ruslan Səfərov proqramın münsiflər heyətini və tamaşaçıları riyazi bilikləri ilə heyran qoyub. R.Səfərov özünü “kalkulyator-adam” adlandırır və gələcəkdə proqramçı olmaq istəyir. Atası Fuad Səfərov oğlunun görkəmli riyaziyyatçı olmasını istəyir.

Verilişdə R.Səfərov heç bir səhvə yol vermədən münsiflərin ona tapşırdığı bütün məsələləri həll edib.

“İnanılmaz insanlar” proqramının münsiflər heyətinə aparıcı Olqa Şelest, rəqqas Yevqeni Papunaişvili, boksçu Natalya Roqozina və professor Vasili Klyuçarev daxildir. Azərbaycanlı oğlanın istedadına heyran qalmış münsiflər heyəti ona teleskop hədiyyə edib.

Qeyd edək ki, proqramın hər buraxılışına 7 iştirakçı qatılır. Zalda əyləşən tamaşaçılar sonda səsvermə yolu ilə onları ən çox heyran etmiş bir iştirakçını qalib seçirlər. Verilişin son buraxılışında isə öncəki proqramın qalibləri əsas hədiyyə - 1 milyon rubl uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.