CƏMİYYƏT
Altıağacda qar örtüyünün hündürlüyü 9 santimetr təşkil edib
Bakı, 1 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Lənkəran-Astarada intensiv xarakterli olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Altıağacda 9, Şahdağda 3, Qrız, Xaltan, Qusar, Qaxda 2 santimetr, Qobustan, Quba, Şəki, Göygöldə 1 santimetr təşkil edib.
Düşən yağıntının miqdarı Lənkəranda 26, Lerikdə 25, Astarada 19, Göytəpədə 11, Qəbələdə 10, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8, Göyçayda 7, Culfa, Ağdamda 6, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən, Qusar, Ağstafa, Qrız, Naftalanda 5 millimetrədək, Bakıda 8, Maştağada 6, Binədə 5, Pirallahıda 4, Sumqayıtda 3 millimetrədək olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətli fasilə olacağı gözlənilir.