ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu direktorunun müavini İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb

Bakı, 2 mart, AZƏRTAC 

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, sammitdə iştirak edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu təşkilatın “Elm və texnologiya” mükafatına layiq görülüb.

P.Kərimova bu mükafat orta əsrlər Azərbaycan ədəbiyyatı, türk, islam xalqları ilə ədəbi əlaqələrin araşdırılmasındakı xidmətlərinə görə verilib.

Mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.