ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutuna “İrşad əl-Əzhan ila əhkam əl-iman” əsərinin əlyazma nüsxəsi hədiyyə olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

XIII-XIV əsrin ilahiyyatçı alimi, Nəsirəddin Tusi məktəbinin görkəmli nümayəndəsi Cəmaləddin Həsən ibn Yusif ibn Mütəhhər Əllamə Hillinin ərəb dilində “İrşad əl-Əzhan ila əhkam əl-iman” əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə olunub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, dəri cildli əlyazma hicri 1220-ci/miladi 1805-ci ildə Məhəmməd Sadiq bin Məhəmməd Həsən tərəfindən nəsx xətti ilə köçürülüb.

Kitabın əlyazma nüsxəsi Əlyazmaların gigiyena və bərpası laboratoriyasında müvafiq bərpadan keçdikdən sonra oxucuların istifadəsinə veriləcək.

Ailə kitabxanasına məxsus bu dəyərli əlyazmanı instituta Təhmasib İbrahimov hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.