ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda dezinfeksiya işləri aparılıb

Bakı, 20 iyun, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda növbəti dezinfeksiya işləri aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin iş otaqları, laboratoriya və saxlanclarında dezinfeksiya işləri aparılıb.

Qeyd edilib ki, Əlyazmalar İnstitutunda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi şəkildə riayət olunur. Belə ki, müəssisənin kollektivi sosial məsafəyə diqqət edir, qoruyucu tibbi maska və dezinfeksiya vasitələrindən istifadə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.