ELM VƏ TƏHSİL
“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun növbəti nömrəsi çapdan çıxıb
Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun növbəti sayı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplunun baş redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Jurnalın bu sayında “Dokumentalistika, arxivşünaslıq və informasiya sistemləri”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq”, “Dilçilik”, “Folklorşünaslıq və mifologiya”, “Tarixşünaslıq”, “Dinşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alıb.
Bölmələr üzrə topluda “Nəsiminin bilinməyən şeirləri”, "Əlyazmalar yanarsa...", “Şəmsəddin Sivasinin həyatı və şəxsiyyəti”, “Azər Buzovnalı yaradıcılığında vətənpərvərlik motivləri”, “Sufilikdə məqam və hal anlayışı”, “Məmməd Səid Ordubadinin İran haqqında məqalələri”, “Qacarlar sülaləsi dövründə poeziya və Bazgəşt cərəyanı” və sair mövzularda məqalələr dərc olunub.