İQTİSADİYYAT


Əmanətlərin 61,1 faizi milli valyutada qoyulub

Əmanətlərin 61,1 faizi milli valyutada qoyulub

Bakı, 18 yanvar, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 28 faiz artaraq 2022-ci il dekabrın 1-nə milli valyuta ekvivalentində 11 milyard 588,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 61,1 faizi milli, 38,9 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 18,7 faiz artıb.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,80 (1,79) manata, 100 türk lirəsinə 9,11 (10,43) manata, 100 rus rubluna 2,59 (2,52) manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.