SİYASƏT
Amasiya Universitetində Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən konfrans keçirilib
Ankara, 17 oktyabr, AZƏRTAC
Türkiyənin Amasiya Universitetində (AU) “Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili, Türkiyə ilə əlaqələr və regional təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin, AU-nun rektoru Mətin Orbayın və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan-Türkiyə tarixi qardaşlıq münasibətlərinin müasir dövrdəki vəziyyəti, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti yüksək dəyərləndirilib.
Səfir X.İbrahim çıxışında qeyd edib ki, Azərbaycan Türkiyəyə ən çox sərmayə yatıran ölkədir. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan və Türkiyə xalqlarının rifahını təmin edib.
Səfiri Xəzər İbrahim Amasiyanın rəsmi şəxsləri ilə görüşlər keçirib.
Səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da konfransda və görüşlərdə iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara