DÜNYA


“Amazon” şirkəti “ağıllı” hipermarketlər şəbəkəsi açacaq

Bakı, 3 dekabr, AZƏRTAC

“Amazon” şirkəti indi “Amazon Go” supermarketlərində işləyən kompüter görmə texnologiyasını böyük mağazalarda, məsələn, internet şirkətinə məxsus “Whole Foods” hipermarketlər şəbəkəsində tətbiq etməyi planlaşdırır. Bu haqda “The Wall Street Journal” nəşri yazıb.

AZƏRTAC “hightech.fm” saytına istinadən bildirir ki, beləliklə, yaxın gələcəkdə “Amazon” şirkətinə məxsus bütün mağazalarda kassa, kassir və növbələr olmayacaq. İnsanlar sadəcə lazımi məhsulları götürüb marketi tərk edəcək: sistem alış-verişin məbləğini onların hesabından çıxacaq.

Xatırladaq ki, “Amazon” 2018-ci ilin əvvəlində Siyetldə “Amazon Go” adlı ilk tamamilə avtomatlaşdırılmış mağazasını açıb. İlk avtomatlaşdırılmış “Amazon Go” mağazasının açılışı hələ 2017-ci ilin əvvəlinə planlaşdırılmışdı, amma texniki nasazlıqlar səbəbindən bir qədər gecikmə olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.