CƏMİYYƏT


Əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib

Bakı, 9 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hüquq pozuntularının 41 faizi əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39 faizi işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5 faizi qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15 faizi digər hüquq pozuntularından ibarət olub.

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.