CƏMİYYƏT


“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıqlar yaradılıb

Bakı, 1 iyul, AZƏRTAC

Artıq əmək müqaviləsinin bağlanma tarixi əvvəlki dövrə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək e-sistemə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaq.

Həmçinin yanlış daxil edilmiş bildirişlərin etibarsız edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron qaydada müraciət etmək də olar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi. Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Onların müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baxılaraq, uyğun görüldüyü halda müvafiq əməliyyatın icra edilməsinə icazə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.