MƏDƏNİYYƏT


Əməkdar artist Mehriban Xanlarova ilə görüş keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Gürgən Mədəniyyət evi və Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsinin növbəti qonağı Əməkdar artist Mehriban Xanlarova olub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əməkdar artist Mehriban Xanlarova tamaşaçıları maraqlandıran sualları cavablandırıb və sənətə gəlişi, eləcə də səhnədə yaratdığı obrazlar haqqında danışıb.

Sevilən aktrisa təşkil olunan görüşə görə Baş İdarəyə və əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.