ELM VƏ TƏHSİL


Əməkdar həkim məktəblilərlə görüşəcək

Əməkdar həkim məktəblilərlə görüşəcək

Bakı, 6 fevral, AZƏRTAC

“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 7-də Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı ürək-damar cərrahı, professor, Azərbaycan Respublikasının Əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.