DÜNYA


Amerikalı aktyor Rocer Perri 85 yaşında vəfat etdi

Bakı, 14 iyul, AZƏRTAC

Amerikalı aktyor Rocer Perri 85 yaşında Kaliforniyada vəfat edib. Bu barədə “Variety” nəşri məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, aktyor İndian-Uells şəhərində öz evində vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkib.

Rocer Perri 57 film və serialda, o cümlədən “Çirkin eşq”, “Bədheybətlər ailəsi”, “Ulduz yolu” və digər ekran əsərlərində çəkilib. Aktyorun “Ulduz yolu” (Star Trek) filmində kapitan Con Kristofer rolu xüsusilə məşhurdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.