REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək
Bakı, 22 avqust, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən avqustun 26-da Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda Naftalan şəhərində, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və komitə Aparatının (012) 490 24 08 (daxili 105 və 200), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin (2235) 2 31 44, (2020) 5 56 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.