REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Kürdəmirdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun aprelin 26-da Kürdəmir rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, vətəndaş qəbulu aprelin 29-da rayondakı Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı, Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.
Komitə vətəndaşların suallarına həssaslıqla yanaşır və çevik olaraq cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq. Qəbulda yuxarıda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105) - əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi: (02021) 3-01-13, (02025) 5-55-39
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi: (02021) 3-02-74, (02025) 5-51-62