DÜNYA
Amsterdamda özü hərəkət edən su taksiləri istifadəyə veriləcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.
AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, şəhərin təxminən dörddəbir hissəsi su ilə əhatə olunub, bununla əlaqədar robot qayıqların tətbiqi böyük fayda verə bilər. Onlardan taksi, həmçinin yüklərin daşınmasında istifadə etmək planlaşdırılır. Bundan başqa, belə nəqliyyat vasitəsinin köməyi ilə şəhər hakimiyyəti su və havanın keyfiyyəti haqda informasiya alacaq. Bu məlumatlar əsasında kanalların çirklənmədən təmizlənməsi üsulları hazırlanacaq.
Layihənin reallaşdırılmasına 25 milyon dollar ayrılıb. İlk prototiplər 2017-ci ildə istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]