İQTİSADİYYAT


Ən təhlükəsiz rəqəmsal mühiti “Azercell Kids” ilə yaradın

Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz internet məzmunundan qorumaq üçün daha bir rəqəmsal layihəyə başlayıb.

İnnovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslərini uğurla davam edən “Azercell Telekom”, dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı “DOCOMO Digital” ilə “Azercell Kids” (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqini istifadəyə verib.

Səkkiz yaşa qədər olan uşaqların 98 faizinin ən azı bir mobil cihaz istifadə edilən ailələrdə yaşadığını nəzərə alaraq, son 12 ay ərzində “Uşaqlar və ailə” kateqoriyalı tətbiqlərin “Google Play” və “iOS” üçün dünya miqyasında 4,4 milyard dəfədən çox yükləndiyi təəccüblü deyil. Eyni zamanda valideynlər rəqəmsal məzmuna və təhlükəsizliyə nəzarətsiz giriş ilə bağlı problemlərdən çox narahatlıq keçirməkdə davam edir. “Azercell Kids” (kids.azercell.com) xüsusilə bu cür problemləri aradan qaldırmaq və uşaqlara yaş filtrasiyası olan populyar rəqəmsal məzmunu təmin etmək üçün işlənib hazırlanıb.

“Azercell Kids” əlavəsinin köməyi ilə Azərbaycanda uşaqların maraq dairələrinə əsaslanan 40-dan çox yerli və xarici brendin məhsullarından ibarət xüsusi məzmunla tanış olmaq olar. Tam valideyn nəzarətindən əlavə, “Azercell Kids” valideynlərə övladlarının keçirdikləri vaxtı izləmək üçün idarətmə paneli də təqdim edəcək. “Azercell Kids” həm internet üzərindən, həm də “iOS” və ya “Android” tətbiqetməsindən istifadə edilə bilər. “Azercell” abunəçilərinin (fakturalı və fakturasız) “Azercell Kids” tətbiqinə rahat şəkildə qoşularaq yararlanması mümkündür.

Xidməti aktiv etmək üçün abunəçi sadəcə olaraq telefon ekranında “*304# YES” qısa nömrəsini seçməli və “Appstore” yaxud “Google play market”dən “Azercell Kids” əlavəsini yükləməlidirlər. “Azercell Kids” mobil tətbiqini aktivləşdirdikdən sonra müştərilər yeddi gün müddətində xidmətdən pulsuz istifadə edə bilər, sonrakı istifadə isə gündəlik olaraq 0.35AZN təşkil edir.

“Azercell” hər zaman kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə geniş diqqət ayırıb, bu sahədə məlumatlılıq və effektivliyin artırılması məqsədilə “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda genişmiqyaslı təlimlərini dəstəkləməkdə davam edir.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.